İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinə pul ayırdı
27 İyun 2019 17:29 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, sərəncama əsasən, Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31