Soyqırım iştirakçısı separatçıların başına keçir – Saakyandan geri addım

Soyqırım iştirakçısı separatçıların başına keçir – Saakyandan geri addım

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların başçısı gələn il keçiriləcək qondarma seçkilərdə iştirak etməyəcək.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Bako Saakyanın yerinə Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş general Arşavir Qaramyanın keçəcəyi bildirilib.

Məlumatda bildirilib ki, "seçkilərə" namizəd qismində qatılmağa hazırlaşan general Ermənistanın sabiq prezidenti Robert Köçəryan və Bako Saakyanın dəstəklədiyi şəxsdir.

Arşavir Qaramyan Azərbaycan ərazilərinin işğal edilməsin və 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı tərədilmiş soyqırımın iştirakçısı və təşkilaçılarından biri olub.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31