Avropa ölkələrində Dünya Azərbaycanlıları İttifaqının nümayəndəlikləri açılacaq
Avropa ölkələrində Dünya Azərbaycanlıları İttifaqının nümayəndəlikləri açılacaq
24 İyun 2019 12:58 SiyasətAzərbaycanlı idmançı Alim Nəbiyevin Cedric Doumbe ilə döyüşünü izləmək məqsədilə Parisə gedən Dünya Azərbaycanlıları İttifaqının sədri və Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Avropaya səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək. Bu barədə məlumat "OLAYLAR -a Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Fizuli Məmmədovun Fransa, Avstriya və Benilüks ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.
Görüşlərdə Avropa ölkələrində Dünya Azərbaycanlıları İttifaqının nümayəndəliklərinin açılması məsələləri müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31