Eldar Quliyev təltif olunub
Eldar Quliyev təltif olunub
21 İyun 2019 13:36 SiyasətMilli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev adıçəkilən beynəlxalq təşkilat tərəfindən fəxri medalla təltif olunub."Olaylar" xəbər verir ki, fəxri medal QDİƏT PM-in fəaliyyətinə xüsusi töhvələr vermiş, qurumun işinin təşkilinə yaxından dəstək göstərən şəxslərə verilir. Belə ki, mükafat Eldar Quliyevə 20-21 iyun tarixlərində Bakıda keçirilən QDİƏT PM-in ikigünlük 53-cü plenar sessiyası zamanı təqdim olunub. Qeyd edək ki, bundan öncə QDİƏT PM-in 52-ci sessiyası Ermənistanda keçirilimiş və həmin sessiyada Eldar Quliyev fəxri medaldan imtina etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31