Prezidentin bu qərarları ölkədə sabitliyin və təhlükəsizliyin davamlı şəkildə təmin olunmasına hesablanıb

Prezidentin bu qərarları ölkədə sabitliyin və təhlükəsizliyin davamlı şəkildə təmin olunmasına hesablanıb

"Prezident İlham Əliyevin sosial sahədə atdığı mühüm və müsbət addımlardan  sonra daxili işlər və milli təhlükəzlik sahələrində  kadr əvəzləmələri həyata keçirməsi kompleks tədbirlərin tərkib hissəsi hesab oluna bilər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi şərhci Əlabbas Məhərrəmov səsləndirib. O, qeyd edib ki, dövlət başçısının 20 iyun tarixli sərəncamları  həqiqətən də yüksək  qiymətləndirilməlidir: "Bütün hallarda aydın görünür ki, Prezidentin bu qərarları  ölkədə  sabitliyin və təhlükəsizliyin davamlı şəkildə təmn olunmasına hesablanıb. Mütləq nəzərə alınmalıdır ki, Prezidentin yeni vəzifələrə təyin etdiyi  generallar özlərini təsdiq etmiş peşakar kadrlardir. Bu çərçivədə öz sanbalı ilə seçilən  nüfuzlu generali, peşəkar təhlükəsizlik zabiti Əli Nağıyevin DTX-ya rəis gətirilməsi olduqca əhəmiyyətli hadisədir. Şübhə yoxdur ki, Əli Nağıyev keçmiş nazir Eldar Mahmudovun zərərsizləşdirilməsindən sonra xüsusi xidmət orqanlarında müsbət istiqamətdə aparılan işləri uğurla davam etdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31