Asəf Hacıyev yenidən baş katib seçilib
Asəf Hacıyev yenidən baş katib seçilib
20 İyun 2019 15:28 SiyasətBu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında qurumun baş katibi seçilib."Olaylar" xəbər verir ki, baş katib postuna QDİƏT Parlament Məclisinin hazırkı baş katibi Asəf Hacıyev və Yunanıstan parlamentinin sədrinin diplomatik köməkçisi Spyros Theocharopoulosun namizədliyi irəli sürülüb. Gizli səsvermədə A. Hacıyev yenidən QDIƏT Parlament Məclisinin baş katibi seçilib. O, 5 il müddətində bu vəzifəni tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31