Tokayev Azərbaycana gələcək
Tokayev Azərbaycana gələcək
19 İyun 2019 12:40 SiyasətQazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.
APA-nın əldə etdiyi məlumata görə, Q.J.Tokayev bu ilin oktyabr ayında Bakıda keçiriləcək Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak etmək məqsədilə Bakıya gələcək.
Bu, prezident kimi onun Azərbaycana ilk səfəri olacaq.
Qeyd edək ki, Qasım-Jomart Tokayev iyunun 9-da Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində 71 faiz səslə qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31