Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
12 İyun 2019 15:59 Siyasət"Qurtuluş günü Azərbaycan xalqının uğurlu gələcəyə açılan qapısı oldu. Ulu öndər Heydər Əliyevin Bakıya gəlişindən sonra ölkədəki siyasi hərc-mərclik tədricən sakitləşmiş, əhalinin rifhının yaxşılaşdırılması üçün uzaqgörən addımlar atılmışdır".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.
O bildirib ki, Heydər Əliyevin qayğıkeş siyasəti öz nəticəsini vermişdi: "Azərbaycan xalqı qısa zaman ərzində ulu öndəri prezident kürsüsündə görmək istədiyini bildirdi və Heydər Əliyev 1993-cü ilin oktyabr ayında prezident seçildi. Dəfələrlə anti-azərbaycan qüvvələrinin dəstəklədiyi xəyanətkar qruplaşmalar tərəfindən Heydər Əliyevin hakimiyyətinə qarşı dövlət çevrilişlərinə cəhd edilsə də xalqın prezidentə dəstəyi sayəsində bütün bunların qarşısı alınmışdır. Ulu öndərin uzaqgörənliyi sayəsində 1994-cü ili 20 sentyabrı tarixində əsrin müqaviləsi bağlanmış və bu dövlət büdcəsinə külli miqdarda vəsaitin daxil olmasına yol açmışdır. Bu günkü qüdrətli Azərbaycan Respublikası qurtuluş gününün bizə qoyduğu mirasdır".