“Almaniya üçün Qafqazda maraqlı tərəfdaş Azərbaycandır”
“Almaniya üçün Qafqazda maraqlı tərəfdaş Azərbaycandır”
12 İyun 2019 15:38 Siyasət"Almaniya üçün Qafqazda maraqlı tərəfdaş Azərbaycandır. Çünki Azərbaycan almanlar üçün sığınacaq yeri olub".
Bunu Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib. T.Operman qeyd edib ki, müharibələrin sülh yolu ilə həllinə nail olmaq lazımdır: "Bütün hallarda sülh yolu ilə danışıqların mütləq nəticələri olur. Dağlıq Qarabağ münaqişəsi artıq 20 ildən çoxdur davam edir. Təbii ki, belə olan halda insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya münaqişənin həll edilməsi üçün əlindən gələni edir. Ümidvaram ki, bu münaqişə sülh yolu ilə həllini tapacaq".
azadinform