Vitse-spiker: “Silahlar bizdən daha çox danışır”
Vitse-spiker: “Silahlar bizdən daha çox danışır”
12 İyun 2019 14:46 Siyasət"Dünyada münaqişələr nəticəsində insanlar əziyyət çəkirlər. Burada informasiya terroru da rol oynayır". Bunu Azərbaycan Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib. B.Muradova qeyd edib ki, silahlar bizdən daha çox danışır: Azərbaycan dialoq qurulması istiqamətində təşəbbüsləri dəstəkləyir. Qlobal təhlükəsizliyə olan təhdidlərə qarşı gücümüzü birləşdirə, bir sıra layihələrə imza ata bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31