Fuad Abbasov bu gün Rusiyadan deportasiya ediləcək
Fuad Abbasov bu gün Rusiyadan deportasiya ediləcək
7 İyun 2019 14:02 SiyasətAzərbaycanlı jurnalist Fuad Abbasov bu gün Rusiyadan deportasiya ediləcək.
Bu barədə "Report"un müxbirinə F.Abbasovun vəkili Teyyub Şərifov məlumat verib.
Onun sözlərinə görə, öz hesabına bilet alınıb və bu gün gecə Abbasov Moskvadan Bakıya olan reyslə Rusiya Federasiyasından deportasiya ediləcək.
Xatırladaq ki, dünən Moskva Vilayət Məhkəməsi azərbaycanlı jurnalist Fuad Abbasovun şikayətini rədd edərək məhkəmənin əvvəlki qərarını qüvvədə saxlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31