Azərbaycanın güclü ordusu, qüdrətli Ali Baş Komandanı var
7 İyun 2019 13:08 SiyasətEldəniz Səlimov: "Gec-tez üçrəngli bayrağımız Azərbaycanımızın bütün guşələrində dalğalanacaq"
Azərbaycanın syasi və iqtisadi qüdrəti gündən-günə artır, işğalçı Ermənistan isə getdikcə zəifləyir. Ancaq yaddan çıxarmaq olmaz ki, qarşılarına "Böyük Ermənistan" yaratmaq məqsədi qoymuş dünyada erməni diasporu hələ də məkirli niyyətindən əl çəkmək fikrində deyil. Odur ki, Ermənistanın ölkəmizə qarşı apardığı ideoloji müharibənin qarşısında Azərbaycanı dünyaya tanıtmaq istiqamətində ciddi addımlar atılmalıdır. Konkret olaraq prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar, ərazilərimizin işğaldan azad edilməsi uğrunda mübarizədə göstərdiyi səylər birmənalı şəkildə dəstəklənməlidir. Xatırladaq ki, Aprel döyüşlərində üstünlüyü ələ alan Azərbaycan bütün dünyaya sübut etdi ki, işğal altında olan torpaqlar sülh yolu ilə geri qaytarılmasa ordu işə qarışa bilər. Və bu həmin ordudur ki, qısa zaman kəsiyində itirilmiş torpaqları azad etməyə qadirdir. Mühatribənin qaçılmaz olacağını dərk edən beynəlxalq ictimaiyyət, xüsusən də ATƏT-in Minsk qrupu bunu anlaşıqla qəbul etməli və Ermənistana lazımi təzyiq göstərməlidir. Lakin fakt ondan ibarətdir ki, Minsk qrupu ilə yanaşı, digər beynəlxalq təşkilatların susması işğalçı dövlətin azğınlaşmasına şərait yaradır. Millət vəkili Eldəniz Səlimov deyib ki, 31 ildən artıqdır davam edən, haqsızcasına, zorla cəlb olunduğumuz Qarabağ probleminin, Ermənistan-Azərbaycan münaqişəsinin artıq birdəfəlik şəkildə müsbət və ədalətli həlli lazımdır. Azərbaycan xalqının səbr kasası artıq daşmaq üzrədir. İnsanlar illərdir dədə-baba torpaqlarına qayıdacağı, Qarabağı qovuşacağı günün həsrəti ilə yaşamaqdadırlar. Ötən illərdə nə qədər insanımız, məcburi köçkünümüz Qarabağa, öz torparlarına qovumadan dünyasını dəyişiblər, bu fani dünyadan torpaq, vətən nisgili ilə köçüblər. Millət vəkili qeyd edib ki, düzdür, qaçqın və məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial-iqtisadi problemlərinin həlli üçün ötən illər ərzində-həm Ümummlilli lider Heydər Əliyevin zamanında, həm də ölkə przeidenti cənab İlham Əliyevin 16 illik hakimiyyəti dönəmində çox böyük, misilsiz işlər görülüb: "Bir an olsun belə, qaçqın və məcburi köçkünlərin problemləri, onları narahat edən, düşündürən məsələlər diqqət kənarda qalmayıb. Onlar hər cür qayğı və diqqətlə əhatələniblər. Ancaq bütün bunlarla belə, onların əsas hüquqları-öz dədə-baba torpaqlarına, Qarabağımıza və ona bitişik işğal altında olan yurd yerlərimizə dönüş hüququ təmin edilməyib. Azərbaycan dövlətinin, Azərbaycanın xalqının sülhsevərliyinə, dövlət başçısı İlham Əliyevin münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində böyük səbr, təmkin, müdriklik, uzaqgörənlik göstərməsinə rəğmən, təcavüzkar və işğalçı Ermənistanın işğalçılıq siyasətinə son qoyulmayıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatlarının qərarlarına ötən müddət ərzində Ermənistan tərəfindən məhəl qoyulmayıb. Daha doğrusu, həmin qətnamə və qərarları icra etmək, yerinə yetirmək üçün dünya birliyi, elə BMT-nin özü, xüsusilə də, ATƏT və onun Minsk qrupu, həmsədrlər və həmsədr dövlətlər tərəfindən Ermənistana heç bir təsirli təzyiqlər göstərilməyib, təzyiq mexanizmləri işə salınmayıb, sanksiyalar tətbiq olunmayıb. Münaqişənin həllinə,Qarabağ probleminə hələ də ikili standartlar mövqeyindən yanaşma halları davam etməkdə, bəzən isə hətta, işğalçı ilə işğala məruz qalanı eyniləşdirmə, işğalçını stumullaşdırma cəhdləri sərgilənməkdədir. Əgər Eermənistana güclü təzyiqlər göstərilsəydi, sanksiyalar tətbiq olunsaydı, münaqişənin sülh və ədalətli həlli yolunda böyük məsafə qət edilmiş olardı, həm də Ermənistanın bitib-tükənməyən bilməyən təxribatçılıq əməlləri durdurulardı. Amma təəssüflər və əfsuslar olsun ki, bunları görmürük, əksinə, cəzasız qalması üzündən hər gün demək olar ki, Ermənistanın, Paşinyan hakimiyyətinin növbəti təxribatçı addımlarının, sülh danışıqlarının pozulmasına, münaqişənin ədalətli həllinə qarşı yönəlmiş təxribatçılıq əməllərinin şahidi oluruq. Bu kimi hallar Ermənistanın, Paşinyan hakimiyyətinin niyyətlərini, münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını ortaya qoymuş olur. Azərbaycan Xarici İşlər Nazirliyinin, həmçinin, xarici işlər naziri Elmar Məmmədyarovun bəyan etdiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin mütəmadi törətdilən təxribatlar, qanlı əməllər danışıqlar prosesinə ciddi zərbə vurub. Hesab edirəm ki, artıq beynləxalq birlik, xüsusilə, Minsk qrupu və həmsədrlər sözləri, bəyanatları, quru vədləri, ikili yanaşmaları bir kənara qoymalı, sülh danışıqlarının pozulmasına qarşı yönəlmiş addımların qarşısını almalı, Ermənistanı sülhə məcbur etməlidirlər".
Millət vəkili hesab edir ki, bizə artıq söz, vəd, bəyanatlar lazım deyil, bizə konkret fəaliyyət, iş, ədalətin, sülhün bərqərar olunması, işğal faktına son qoyulması lazımdır: "Azərbaycan bütün bu təxribatlara, haqsızlıqlara, ikili yanaşmalara rəğmən, yenə də səbrlə münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Ancaq əgər bunlar nəticə verməzsə, ölkə prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövləti və ordusu münaqişənin digər vasitələrlə həlli hüququnu özündə saxlayır. 2016-cı ilin Aprel əməliyyatları, 2018-ci ilin Cünnüt əməliyyatı da bir daha Azərbaycanın, Azərbaycan ordusunun nələr qadir olduğunu və ola biləcəyini ortaya qoydu. Azərbaycanın güclü ordusu, İlham Əliyev kimi qüdrətli Ali Baş Komandanı var. Gec-tez Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı, Qarabağımızı geri qaytaracaq, üçrəngli bayrağımız Azərbaycanımızın bütün guşələrində dalğalanacaq. Buna ermənilər də, Ermənistan da, erməni lobbisi də, ermənipərəst dairələr də tam əmin olsunlar".
Alim