Putinlə Paşinyanın Qarabağ müzakirəsi təkzib edildi
Putinlə Paşinyanın Qarabağ müzakirəsi təkzib edildi
7 İyun 2019 12:11 SiyasətRusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyunun 6-da keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb", - D.Peskov deyib.
Qeyd edək ki, bundan öncə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan tərəflərin Qarabağ məsələsinə də toxunduğu haqqında məlumat yaymışdı.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31