Fransa məhkəməsinin bu addımı Azərbaycan diasporunun uğurudur

Fransa məhkəməsinin bu addımı Azərbaycan diasporunun uğurudur

"Fransa məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə Arnuvill şəhəri arasında "Dostluq haqqında xartiya"nı ləğv edib. Fransa məhkəməsinin bu addımını Azərbaycan diasporunun uğuru kimi qiymətləndirmək olar. Azərbaycan diasporu ilə Fransa arasında əlaqələr son illərdə yüksək səviyyədə inkişaf edir. Yaxın aylarda Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılması da əlaqələrin inkişafının bariz nümunələrindəndir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, Fransa dünyada erməni lobbisinin ən güclü olduğu ölkələrdəndir. Eyni zamanda ATƏT-in həmsədr ölkəsi kimi söz sahibi ölkələrdəndir: "Bu səbəbdən ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Arnuvil şəhəri ilə Xocavənd şəhəri arasında dostluq xartiyasının ləğvi bizim üçün sevindirici haldır. Fransa məhkəməsinin addımı Qarabağ münaqişəsinin gedişatında müsbət ümidlər yaradır. Fransa sonuncu dəfə 2013-cü ildə Azərbaycanın xeyrinə olan addım atmışdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31