Türkiyə hərbiçiləri Naxçıvana gəldi
Türkiyə hərbiçiləri Naxçıvana gəldi
4 İyun 2019 10:55 Siyasətİyunun 7-dən 11-dək keçiriləcək "Sarsılmaz qardaşlıq - 2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikası Naxçıvana gəlib. Bu barədə məlumat "OLAYLAR"-a Müdafiə Nazirliyindən daxil olub. Bildirilib ki, bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31