Ermənistanın işğalçılıq siyasəti dəyişilməzdir
Ermənistanın işğalçılıq siyasəti dəyişilməzdir
3 İyun 2019 16:21 Siyasət"Zabitimizin xaincəsinə şəhid edillməsi Ermənistanın sülh yox müharibə istədiyinin bariz nümunəsidir. Münaqişənin həllinə maraqlanan təşkilatlar bu hadisənin səbəbkarı olan Ermənistana ən sərt şəkildə öz reaksiyasını bildirməlidir. BMT-nin qəbul etdiyi 4 qətnamə artıq formal xarakter daşımamalı ən qısa zamanda tətbiqinə başlanmalıdır".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.
O bildirib ki, ölkəmiz tərəfindən BMT-yə bu haqda xəbərdarlıq edilməsi də artıq gərəkli hal alıb: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də münaqişəyə kifayət qədər məsuliyyətli yanaşmırlar. Bu təşkilatların iş prinsipi belədir. Formal görünüş alması üçün özlərinin də iştirakı ilə iki tərəfi görüşdürürlər, daha sonra gedin özünüz uzlaşın deyirlər. Bu yolla münaqişənin həlli mümkün deyil. Görünən odur ki, onları maraqlandıran münaqişənin həlli deyil, tutduqları vəzifədən aldıqları maaşın məbləğidir. Zabitimizin şəhid olmasına reaksiya verməmələri də bunu göstərir. Şəhidimizin qisasının alınmasında ən böyük məsuliyyət isə öz üzərimizə düşür. Şəhidimiz Mayor Aqil Omarov tabor komandiri idi. Tabor komandirimizin qanına qarşılıq Separatçı rejimin ön cəbhədəki taboru məhv edilməlidir".