Münaqişə zamanı itkin düşmüş hesab olunan 3888 nəfərin 67-si uşaqdır

Münaqişə zamanı itkin düşmüş hesab olunan 3888 nəfərin 67-si uşaqdır

Erməni girovluğundan azad edilmiş 1477 nəfərin 224-ü girov götürülən zaman uşaq olub. Münaqişə zamanı itkin düşmüş hesab olunan 3888 nəfərin 67-si uşaqdır. "OLAYLAR" xəbər verir ki. bu fikirləri "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova səsləndirib. O, qeyd edib ki, şahid ifadələrinə əsasən, girov götürülməsi sübut olunmuş 871 nəfərin 29-u uşaqlardır: "Erməni tərəfi ərazilərimizi işğal edən zaman girov götürdüyü uşaqlara qarşı 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş "İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə"nin 2, 3, 5, 9 və 17-ci maddələri, 14 dekabr 1974-cü ildə qəbul olunmuş "Hərbi Münaqişələr və Fövqəladə Hallar Zamanı Qadın və Uşaqların Müdafiəsi Haqqında Bəyannamə"nin, 9 dekabr 1948-ci ildə qəbul olunmuş "Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya"nın tələbləri, 12 avqust 1949-cu il tarixli "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə Konvensiyaları, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olunan və beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli Protokolu ( I Protokol ) IV hissəsini kobud surətdə pozub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31