Minsk qrupu Ermənistanın təxribatına göz yumur

Minsk qrupu Ermənistanın təxribatına göz yumur

Beynəlxalq təşkilatlar işğalçı ölkəyə qarşı təzyiqi artırmalıdır

İşğalçı dövlət olan Ermənistan hazırda dünyaya meydan oxumaqdadır. Küçə davranlşını hakimiyyətə gətirən ölkənin baş naziri Nikol Paşinyan özünü elə aparır ki, sanki heç bir beynəlxalq hüququ tanımır. Meydan əxlaqını əlində rəhdər tutan Ermənistan iqtidarı bütün əndazəni aşaraq beynəlxalq təşkilatların gözü qarşısında insanlıq əlehinə cinayət törətməkdə davam edir. Bu dəfə də ATƏT-in  Minsk Qrupu  həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarovun qətlə yetirilib. Daha doğrusu, Ermənistan vasitəçi missiyanı yerinə yetirən qurumun gözü qarçısında Azərbaycan zabitini snayper atəşinə tutub. Çox təssüflər olsun ki, indiyə qədər ATƏT-in Minsk qrupu məsələ ilə bağlı ciddi mövqeyini ortaya qoymayıb. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılan ATƏT-in Minsk qrupu ötən müddət ərzində sözügedən problemin həlli istiqamətində heç bir naliyyət əldə edə bilməyib. Üstəlik məsələyə digər beynəlxalq təşkilatların müdaxiləsinə qarşı çıxan qurum Qarabağ məsələsini inhisara alıb. Münaqişə tərəfi olan Azərbaycan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ probleminin ədalətli həllinə dəstək verən istənilən beynəlxalq təşkilatın mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin aradan qaldırılması və regionda davamlı sülhün bərpa olunması istiqamətində bütün beynəlxalq təsisatların fəaliyyətindən yararlanmaq hüququnu özündə saxlayır. Məhz bu səbədən Azərbaycan nümayəndə heyəti AŞPA-nı dəfələrlə bu məsələyə müdaxilə etməyə çağırıb və hətta bir neçə sənədin qəbuluna da nail olub. Qurumun nisbətən də olsa ədalətli mövqeyindən qıcıqlanan Minsk qrupu öz xislətini ortaya qoyaraq beynəlxalq ictimaiyyəti çaşdıran bəyənatla çıxış edib.

Ermənistanın isə illərlədir belə addım atmasının səbələri bəllidir. Heç kimə sirr deyil ki,  Ermənistan tərəfinin cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildir davam edən bu münaqişədə mövcud status kvonu qoruyub saxlamaq məqsədi güdür. Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil və onun sülh, atəşkəsə riayət olinması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Belə bir şəraitdə Azərbaycanın haqq səsinin eşidilməməsi, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsinin etiraf olunmaması ATƏT-in Minsk qrupunun  Ermənistanın himayədarı rolunda çıxış etməsi anlamına gəlir. Təkcə bu fakt bir daha göstərir ki, ATƏT-in Minsk Qrupu başda olmaqla, Ermənistanın işğalçılıq siyasətini müdafiə edən qüvvələr var və onların fəaliyyətsizliyi işğalçı dövlətin daha da azğınlaşmasına səbəb olub. Minsk Qrupunun fəaliyyətinə gəldikdə isə birmənalı şəkildə qeyd etmək olar ki, artıq bu qurum mənasız bir turizm təşkilatına çevrilib və Ermənistanın "konyak" diplomatiyasından gen-boluna istifadə etməkdədir. Bir daha xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzində atdığı  addımların heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində "söz oyunundan" o tərəfə keçməyib. Məhz bu səbədən cəmiyyətdə nüfuzunun itirmiş Minsk qrupu fəaliyyətsiz bir quruma çevrilib. Ancaq nədənsə, qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maralı görünür. Azərbaycan isə münaqişədən əziyyət çəkən tərəf kimi Minsk qrupunun formatının dəyişdirilməsində maraqlıdır.

Sözssüz ki, Ermənistanda həyata keçirilən işğalçı siyasətin başında bu ölkəyə rəhbərlik edən şəxslər dayanır. Ardıcıl olaraq Ermənistana rəhbərlik edən şəxslərin fəaliyyətini nəzərdən keçirsən aydın olar ki, ölkənin hazırki baş naziri Nikol Paşinyandan əvvəl də eyni siyasət yürüdülüb. Lakin düşünülməmiş, yalnız hakimiyyəti qoruyub saxlamaq məqsədilə daxili auditoriyaya hesablanmış siyasət sonda "siyasi liderlər"in faciəsi ilə nəticələnib. Şübhəsiz ki, vəziyətin belə davam etməsi nəhayətdə Ermənistan dövlətinin özü üçün faciə ilə sona çatacaq. Odur ki, Nikol Paşinyan öz sələflərinin səhvlərindən ciddi nəticə çıxarmalıdır. Əgər eyni səhvlər  təkrarlamaqda davam edəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq. Ermənistan və onun oyuncaq hakimiyyəti nəhayət dərk etməlidir ki, Azərbaycan günü-gündən inkişaf edir və bu inkişaf onu dünyanın ən hüfuzlu dövlətlərindən birinə çevirib. Hazırda Azərbaycan ordusu dünyanın ən güclü ordularından hesab olunur. Belə bir şəraitdə   Ermənistan hakimiyyəti bilməlidir ki, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlırə, Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər cavabsız qalmayacaq və hər belə hala görə daha ağır adekvat cavab alacaq. Xatırlatmaq yerinə düşər ki, artıq Ermənistan tərəfi Azərbaycan ordusunun gücünü Aprel hadisələrində görüb və hətta bunu dəfələrlə etiraf etmək məcburiyyətində qalıb. O ki, qaldı beynəlxalq təşkilatlar və konkret olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətinə, beynəlxalq ictimaiyyət və ilk növbədə həmsədr ölkələr Ermənistanın bu təxribatını birmənalı şəkildə pisləməli və iki ölkə arasında substantiv danışıqların tezliklə başlanmasına nail olmalıdır. Bütün dünya tərəfindən qəbul olunmayan statis-kvo məhz Ermənistana qarşı ciddi təzyiq nəticəsində dayişməli, sülh prosesinə və erməni işğalının nəticələrinin aradan qaldırılmasına yolu açmalıdır. Hələlik isə görünın odur ki, Minsk qrupunda təmsil olunan ölkələrin dövlət maraqları  vasitəçilik missiyasını üstələyir. Belə halda həmin dövlətlərdən münqaişnin ədalətli həlli istiqamətində hansısa addım atacaqlarını ciddi şəkildə ölçüb-biçməlidirlər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31