Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində iftar süfrəsi
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində Ramazan ayı münasibətilə Müsəlman Amerika Liderlik Alyansı (MALA), Amerika Sefard Federasiyası (ASF), ABŞ-da fəaliyyət göstərən müxtəlif qurumların üzvləri və ABŞ-da yerləşən müsəlman ölkələrin diplomatik nümayəndələrinin iştirakı ilə iftar süfrəsi təşkil olunmuşdur. Olaylar.az bildirir ki, iştirakçılar arasında ABŞ Konqres ofisindən, beynəlxalq maliyyə qurumlarının qeyri-hökumət təşkilatları və yerli ictimaiyyət nümayəndələri olmuşdur.
3 İyun 2019 11:37 SiyasətAzərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində Ramazan ayı münasibətilə Müsəlman Amerika Liderlik Alyansı (MALA), Amerika Sefard Federasiyası (ASF), ABŞ-da fəaliyyət göstərən müxtəlif qurumların üzvləri və ABŞ-da yerləşən müsəlman ölkələrin diplomatik nümayəndələrinin iştirakı ilə iftar süfrəsi təşkil olunmuşdur. Olaylar.az bildirir ki, iştirakçılar arasında ABŞ Konqres ofisindən, beynəlxalq maliyyə qurumlarının qeyri-hökumət təşkilatları və yerli ictimaiyyət nümayəndələri olmuşdur.
Səfirliyin nümayəndəsi qonaqları salamlayaraq Azərbaycan mədəniyyəti, müxtəlif dinlərin nümayəndələrinin birgə və rifah içində yaşamasından, Azərbaycanda tolerantlıq və ölkədə multikulturalizm dəyərlərindən bəhs etmişdir. MALA təşkilatının icraçı direktoru Zeynəb Xan və təşkilatın həmtəsisçisi Əhməd Ömər öz növbəsində Azərbaycan tərəfinə təşəkkür edərək təşkilat haqqında məlumat vermiş və Ramazan ayının fəzilətlərindən bəhs etmişdir. Qonaqlar Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından maraqlanmış və suallar ünvanlamışdırlar.