NATO-dan Rusiyanı qəzəbləndirəcək BƏYANAT: Stalinin...
3 İyun 2019 08:18 SiyasətNATO Albaniyada müasir təyyarə bazasının yaradılması üzrə proqramın reallaşdırılmasını davam etdirəcək.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda ittifaqın baş katibi Yens Stoltenberq bildirib.
Daha əvvəl NATO Kuçova (1950-ci ildən 1990-cı ilə qədər Stalinin adını daşıyırdı -red.) şəhərində köhnə hərbi aerodromun yerində qərbi Balkanlarda birinci təyyarə bazasının tikintisi haqqında qərar qəbul edib. Bazanın tikintisinə 51 milyon avro ayrılıb.
Qeyd edək ki, Rusiya NATO-nun Balkanlarda hərbi gücünü artırmasına qasrşı çıxır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31