Radikal müxalifətin ölüm akkordu
Radikal müxalifətin ölüm akkordu
31 May 2019 17:59 SiyasətDağıdıcı düşərgə Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənmir
Əlamətdar günlərdən, hətta xalqın sevinc və faciəsindən, anım mərasimlərindən öz çirkin məqsədləri üçün istifadə etməkdən belə çəkinmyən radikal müxalifət ənənəsini davam etdirməkdədir. Özünü radikal müxalifət kimi qəmələ verən AXCP, "Müsavat" və Milli Şura kimi radikal siyasi qruplaşmaların növbəti şousu Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə nümayiş olunub. Əslində isə radikal müxalifət bilərəkdən, yaxud bilməyərəkdən özünü bir daha ifşa etmiş oldu. Partiya sədrlərindən, beş-on qohum əqrabadan, bir də bir papkadan ibarət olan partiyalardan əslindən bundan artığını gözləmək sadəlövlük olardı. Sosial bazası dağılmış, eloktaratı tükənmiş siyasi təşkilatlar gərək aksiya öncəsi öz güclərini hesablasınlar ki, gülünc vəziyyətə düşməsinlər. Məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib. Milli Şuranın keçirdiyi aksiyada isə Milli Şura Koordinasiya Şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər toplaşa bilib. Sözügedən partiyalarla əməkdaşlıqda bulunan çırtdan partiyaların təmsilçiləri isə gözə dəyməyib. Əslində geniş sosial bazaya, reytinqə malik olmayan siyasi qurumdan bundan artığını gözləməyə də dəyməzdi. Maraqlıdır, görəsən sözügedən siyasi təşkilatların "liderləri" hələ də dərk etmirlər ki, xalqdan uzaq düşüblər, heç bir sosial bazası olmayan təşkilatları can vermək ərəfəsindədir. Qətiyyətlə demək olar ki, Milli Şuranın, AXCP və Müsavatın bu dəfə də pis vəziyətdə qalmasının səbəbi xalqın prezident İlham Əliyevin arxasınca getmsidir. Artıq bu məsələ dəfələrlə təsdiqini tapıb, xalq öz fəaliyyəti ilə dövlət başçısının yanında olduğunu isbat edib. Ancaq Əli Kərimli və ətrafında cəmləşən "sosisl şəbəkə fədailəri" hələ də xəyallarla yaşayırlar. Nəzərə almaq lazımdır ki, Ə. Kərimlinin təsiri altında "Azadlıq" radiosu, "Azadlıq" qəzeti", "Meydan Tv" kimi yayım vasitələri mövcuddur. Həmçinin, xaricdəki himayədarlarından aldıqları xüsusi tapşırığı icra etməkdən ötrü sosial şəbəkələri zəbt etmək kimi "təcrübələri" var. Lakin bütün sadalananlara baxmayaraq, aksiyada iştirak edənlərin sayı deməyə əsas verir ki, artıq xalq bu boşboğzalardan beziyib, necə deyərlər "işıq gələn tərəfə üz tutub". Təkcə bu aksiya deməyə əsas verir ki, haray-həşir qopararaq guya Azərbaycanda insan hüquqlarının, demokratiyanın pozulması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması barədə dünyaya car çəkən Əli Kərimli sadəcə yaxasını cçrmaqla məşğuldur. Radikal müxalifətin bu cür mövqe və fəaliyyəti bir daha onların çirkin niyyətini ortaya qoymuş olur. Onu da qeyd edək ki, siyasi fəaliyyət "başını kola salıb, quyruğundan xəbsiz olmaq deyil". Bütün hallarda liderin ətrafındakılar hansı addımın düzgün, hansının isə məqsədli şəkildə atıldığının fərqindədir. Heç şübhəsiz ki, Əli Kərimlinin yalnız şəxsi maraqlara hesablanmış addımları əqidədaşlarını incik salıd və ondan üz döndəriblər. Milli Şuraya daxil olan partiyaların sırası elə seyrəlib ki, hətta onlar üçün ümumilli problam olan Dağlıq Qarabağla bağlı aksiyaya tərəfdaş toplamaq mümünsüz olub. Məhz bu səbədən dəfələrlə "Qarabağ" mitinqi tələbini ortaya atan qaragurhçular müxtəlif bəhanələrlə fikirlərindən yayınmağa məcbur olublar. Bu isə o anlama gəlir ki, sadə vətəndaşlar yaxşı anlayırlar ki, qisas eşqilə alışıb yanan Ə.Kərimlinin məqsədi xalqın qayğısına qalmaq, ümumilli problemləri beynəlxalq arenaya çıxarmaq yox, nəyin vasitəsilə, hansı yolla olursa olsun hakimiyyətə sahib çıxmaqdır. Odur ki, Azərbaycan siyasi səhnəsində heç bir çəkiyə malik olmayan radikal meyillilər özlərinin maddi maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Hər şeydən şəxsi maraqları üçün istifadə etməyə can atan AXCP və Müsavat Novxanı aksiyasında da təxribat törətməkdən belə yayınmadı. Baxmayaraq ki, təşkilatçılar çox gözəl anlayırdılar ki, bu dəfə də onların hər hansı təxribatı baş tutmayacaq, üstəlik yol verilən kiçik səhv onların özlərinə qarşı işləyə bilər. Lakin bütün sadalananlara baxmayaraq aksiya içtirakçılarının həyatını təhlükədə qoymaq təşkilatçıların heç vecinə də deyildi. Fakt odur ki, bu reallığı dərk edən insanlar çoxdan AXCP və Müsavatda yollarını ayırıblar. Cəmiyyət bir daha gördü ki, özlərini ictimaiyyətə müxalifət liderləri kimi təqdim edən Əli Kərimli və Cəmil Həsənli heç vaxt xalqın yanında olmayıb. Əksinə, xalqın ağır günlərindən şəxci mənafeyi üçün yararlanmaq cəhdində bulunub. Ümumiyyətlə, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət daim Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edib və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışıb. Bu dəfə bir daha məlum oldu ki, radikal ünsürlər istənilən hadisədən sui-istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Onlar Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdırlar. Elə bu səbədən də dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən qınanılır. Azərbaycan cəmiyyətinin nümayəndələrinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi isə bəllidir. Artıq xalq yaxşı bilir ki, hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrinə qucaq açan, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran, həmçinin, bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə etimad göstərmək olmaz.
Nurlan