"Poroşenko özünü və partiyasını qatı tərəfdar kimi göstərmək istəyir" - MÖVQE
"Poroşenko özünü və partiyasını qatı tərəfdar kimi göstərmək istəyir"-MÖVQE
31 May 2019 17:44 Siyasət"Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun parlamentdəki Partiyası "Petro Poroşenko Bloku" adlanırdı. Prezident Vladimir Zelenski parlamenti buraxana qədər "Petro Poroşenko Bloku" hakim fraksiyanın aparıcı partiyası idi. Ancaq prezident seçkisindən sonra Poroşenko partiyanın adını dəyişdirib "Avropa Həmrəyli" Partiyası qoymağa üstünlük verdi". Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ad dəyişdirilməsinin iki səbəbi var: "Birincisi, Poroşenkonun nüfuzu aşağı düşüb, bunu özü də anlayır, seçkidə çox ağır məğlubiyyətlə üzləşib. Parlament seçkisinə isə iki aydan da az vaxt qalıb. Seçicilər Poroşenkonun adı ilə bağlı partiyaya səs verməyəcəkdilər. Ad dəyişdirilməsinin ikinci səbəbi odur ki, Petro Poroşenko özünü və partiyasını Avropa inteqrasiyasının qatı tərəfdarı kimi göstərmək istəyir, yəni kim Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlüyünü dəstəkləyirsə "Avropa Həmrəyliyi" Partiyasına səs versin. Ancaq sorğular göstərir ki, Poroşenkonun adını dəyişdirən partiyasının da parlamentə düşmək üçün 5 faizlik həddi keçməsi çətin olacaq".