Bakı finalı antilərə meydan oxudu
Bakı finalı antilərə meydan oxudu
31 May 2019 15:00 SiyasətSon 16 il ərzində bir çox sahələrdə mühüm uğurlara imza atan Azərbaycan dünya ictimaiyyətinin diqqətindən kənarda qalmayıb. Ölkəmizin təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanlarına malik olması beynəlxalq miqyaslı yarışlara, nüfuzlu tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinə imkan yaradır. Belə tədbirlərin keçirilməsi Azərbaycanı inkişaf etdirir və onun dünya arenasında nüfuzunu daha da artırır. Qazanılan uğurlardan narahat olan qərəzli dairələr hər dəfə beynəlxalq tədbirlərdən əvvəl öz məkrli planlarını həyata keçirməyə çalışırlar, lakin məqsədlərinə çata bilmirlər. İkili standartlardan çıxış edən anti-Azərbaycan qüvvələri bu dəfə də mayın 29-da Bakıda UEFA Avropa çempionatının finalının keçirilməsi ətrafında qarayaxma kampaniyaları apararaq idman tədbirinin Azərbaycanda keçirilməsinin yanlış olduğu fikrini formalaşdırmağa çalışırdılar. Lakin UEFA finalının qüsursuz təşkilatçılıq qabiliyyəti ilə keçirilməsi və yüksək təhlükəsizlik tədbirlərinin alınması bütün dünyaya bir daha sübut etdi ki, anti-Azərbaycan dairələrinin irəli sürdüyü iddialar tamamilə əsassızdır. Qeyd etmək lazımdır ki, "Olimpiya" stadionu azerkeşlərlə yanaşı, məşhur futbolçular üçün də yaddaşlarda silinməz iz qoydu. Dünyanın ən yaxşı qapıçılarından hesab edilən Peter Çex peşəkar futbol karyerasına məhz Bakıdakı oyunla son qoydu və məşqçilik pilləsinə adladı. Qalib klub Çelsinin gənc ulduzu Eden Hazard isə transfer olunmadan öncə komandasındakı son oyununu məhz "Olimpiya" stadionunda keçirdi və azerkeşlərlə sağollaşdı. Avroliqa finalına yüksək səviyyəli ev sahibliyi etməklə Azərbaycan idman ölkəsi statusunu möhkəmlətdi və idmanda nə qədər düzgün siyasət yeritdiyini bütün dünyaya göstərdi.
Siyasi ekspert Əli Eloğlu Miriyev xatırladıb ki, Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir: "Avroliqa dünya arenasında, dünya miqyasında özünəməxsus yer tutmuş, yüksək qiymətləndirilən futbol mübarizəsidir.Final gecəsi Bakı Olimpiya stadionunda möhtəşəm izləyici kütləsi var idi. İzləyənlər içərisində ölkə prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanı da görmək mümkün idi. İzləyicilər yanlız stadionda deyil, açıq havada monitorda izləmək şansı da qazanmışdırlar. Möhtəşəm finalı izləmək üçün məşhur futbolçular, məşqçilər belə Bakımıza üz tutmuşdular. Finalı izləməyə, deyərdim ki qonşu ölkələrdən, əsasən İran, Rusiya, Gürcüstan və diğər qonşu ölkələrdən gələnlər çoxluq təşkil edirdi. Tamaşaçılar sırasında boş yerlər görmək mümkün deyildi. Möhtəşəm finalın yayımlanması üçün stadionda 40-a yaxın kamera mövcud idi". O qeyd edib ki, final mərhələsi bütün dünya üçün maraqlı oldu: "Bütün dünyada bu komandaların azarkeş dəstələrinin olduğunu aydın şəkildə görə bilərik. Artıq biz yüksək təşkilatçılıq və təhlükəsiz şəkildə oyunu başa vurduq. Bu yenidən bir şeyi sübut etdi. Azərbaycan təhlükəsiz, tolerant ölkədir. Azərbaycan heç kəsdən asılı deyil. Azərbaycan müstəqil bir dövlət, yaşamaq və fəaliyyət üçün təhlükəsiz coğrafi ərazidir. Bunun haqqında istər məşqçilər, istərsədə qonaqlarımız təəsüratlarını bölüşdülər. Bundan əlavə ölkəmizə təşrif buyuran turistlər, onların ölkənin adət ənənələri, gəzməli görməli yerlərə baş çəkmələri də özünməxsus fikri ifadə edir. Bəli, əvvəl bəlkədə Bakını tanımayan, Qafqazda kiçik paytaxt təəsüratları ilə bura gələn turistlər və qonaqlar, eləcədə futbolçu heyəti Azərbaycnın məşhur adət ənənələri, tarixi mədəniyyəti ilə az da olsa tanış olmuşdular. Əlbətdə bu qərbdə Qafqaz və Azərbaycanla bağlı yeni təəsüratlara səbəb olacaqdır. Bu bizim beynəlxalq çərçivədə öz mövqeyimizi gücləndirməyə təkan verəcəkdir. Mübarizənin qalibi Chelsea komandası oldu. Azərbaycanlı azarkeşlərdən hər iki komandaya böyük dəstək vardı. Möhtəşəm finalın sonu möhtəşəm təqdimetmə ilə başa vuruldu".
Siyasi ekpert Kamran Sultanlı bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vaxt tamaşaçı qismində minlərlə turist axını ölkəmizə təşəbbüs buyurur. Bu dünya arenasında daha yüksək potensialda tanınmağımıza yol açır: "Avroliqa futbol arenasıdır. Avroliqa finalını izləməyə gələn bir sıra futbol ulduzları da Bakının təhlükəsiz şəhər olduğunu, buraya gələn turistlərə göstərilən şəraitdən, keçirilən tədbirlərdən razılıqla danışıblar. Avroliqanın final oyunu yüksək çərçivədə keçirildi. Təşkilatçılıq bir çoxlarını qane etdi. Xüsusilə ölkəmizə gələn qonaqların təhlükəsizliyi təmin edilmişdi. Vətəndaşlarımızın tolerant münasibəti futbol bayramına olan müsbət mövqeyi bu oyunu daha yadda qalan etdi. Avroliqa finalına bütün söz-söhbətlərə baxmayaraq kifayət qədər turist gəlmişdi. Bu cür turnirlər ölkəmizin tanıdılması baxımından çox önəmlidir. Xidmət sektoru, hüquq mühafizə orqanları oyunla bağlı digər tədbirlər yüksək səviyyədə idi. Bu həm də Mxitaryan aspekti ilə ölkəmizə qarşı hər cür təxribat törədici fikirlərə layiqli cavab idi. Bakı finali yadda qalan final olaraq xatirələrdə qalacaq".
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov hesab edir ki, gənc və müstəqil Azərbaycan bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib: "Ölkəmiz müstəqillik qazandıqdan sonra respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın bu zaman kəsiyində idman sahəsində əldə etdiyi nailiyyətlər isə beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir". Sədr qeyd edib ki, UEFA Avropa Liqasının final qarşılaşmasının ölkəmizdə keçirilməsi qərarıın qəbul edilməsində isə əlbəttə ki, Azərbaycanın dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi təqdim etməsi xüsusi əhəmiyyət daşıyır: "Bu final qarşılaşmasının Azərbaycana həvalə olunması regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitliklə yanaşı, ölkəmizin yürütdüyü idman siyasətinə verilən ən yüksək qiymətdir.Azərbaycanın digər mühüm uğuru isə ölkədə beynəlxalq yarışları bacarıqla təşkil etməsidir. Hər növ idman yarışlarının keçirilməsi üçün müvafiq idman qurğu və saraylarına, mehmanxana komplekslərinə, bütün növ nəqliyyat vasitələrinə və qonaq qarşılamaq mədəniyyətinə, unikal mətbəxə malik olan ölkəmizdə hamı həvəslə yarış keçirməyə çalışır". H. Şikarov əlavbə edib ki, Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının yüksək səviyyədə keçirilməsi və təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması antimilli ünsürlərin qarayaxma kampaniyalarının heç bir əsası olmadığını və ölkəmizin növbəti beynəlxalq tədbirdən alnıaçıq çıxdığını təsdiqləmiş oldu: "Bu qarşılaşma eyni zamanda Azərbaycanın turizm potensialının inkişafında da xüsusi rol oynadı. Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artdı. Turistlərin böyük əksəriyyəti Bakıya ilk dəfə gəlirdilər. Onlar gördülər ki, Bakı necə gözəl, necə inkişaf etmiş və təhlükəsiz şəhərdir. Beynəlxalq tədbirlər dünyaya ölkənin səviyyəsini nümayiş etdirir. İstənilən beynəlxalq tədbirlər, həmçinin idman yarışları yeni dostların qazanılması deməkdir. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan dünyaya günəş tək doğacaq. Budur, Azərbaycan dünyaya şəfəq saçır və dinindən, irqindən asılı olmayaraq hər kəs bir müsəlman ölkəsində düzənlənən idman yarışına tamaşa etdi. Bu bizi qürurlandırır və xalqımıza böyük sevinc hissləri yaşadır".
Nigar Orucova