Bakı finalı təxribatçı fikirlərə layiqli cavab verdi
Bakı finalı təxribatçı fikirlərə layiqli cavab verdi
30 May 2019 15:56 SiyasətAzərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlərdə tamaşaçı qismində minlərlə turist axını ölkəmizə təşəbbüs buyurur. Bu dünya arenasında daha yüksək potensialda tanınmağımıza yol açır. Avroliqa futbol arenasıdır. Avroliqa finalını izləməyə gələn bir sıra futbol ulduzları da Bakının təhlükəsiz şəhər olduğunu, buraya gələn turistlərə göstərilən şəraitdən, keçirilən tədbirlərdən razılıqla danışıblar.
Siyasi ekpert Kamran Sultanlı Olaylar.az-a bildirib ki, Avroliqanın final oyunu yüksək çərçivədə keçirildi. Təşkilatçılıq bir çoxlarını qane etdi. Xüsusilə ölkəmizə gələn qonaqların təhlükəsizliyi təmin edilmişdi. Vətəndaşlarımızın tolerant münasibəti futbol bayramına olan müsbət mövqeyi bu oyunu daha yadda qalan etdi. Avroliqa finalına bütün söz-söhbətlərə baxmayaraq kifayət qədər turist gəlmişdi. Bu cür turnirlər ölkəmizin tanıdılması baxımından çox önəmlidir. Xidmət sektoru, hüquq mühafizə orqanları oyunla bağlı digər tədbirlər yüksək səviyyədə idi. Bu həm də Mxitaryan aspekti ilə ölkəmizə qarşı hər cür təxribat törədici fikirlərə layiqli cavab idi. Bakı finali yadda qalan final olaraq xatirələrdə qalacaq.