Deputat: “Bütün "Arsenal"lılar erməni formasını geyinsin, üstəlik yalandan ağlaya da bilərlər”

Deputat: “Bütün "Arsenal"lılar erməni formasını geyinsin, üstəlik yalandan ağlaya da bilərlər”

"Demişdim "Çelsi" 3-2 qazanacaq, hesab 4-1 oldu. Əsas odur ki, "Çelsi" qazansın. Buyurub bütün "Arsenal"lılar erməni formasını geyinsin, üstəlik yalandan ağlaya da bilərlər. Necə ki, sevdikləri ermənilər yüz ildir yalandan ağlayırlar". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib: "Gəldiyiniz ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizlik edəndə, bilmirdiniz ki, bunun ağlamaq anı da var. Qələbəyə görə "Çelsi"yə təbriklər, gözəl idman bayramı təşkilatçılığına görə də Azərbaycanımıza təşəkkürlər!"

Avantüristlərə necə cavab verməli?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31