Vaşinqton-Bakı münasibətləri yeni bir müstəvidə

Ağ Ev regionda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir

Azərbaycanın bütün tərəfdaş ölkələr, yaxın-uzaq dövlətlərlə normal əməkdaşlıq qurması və bu əməkdaşlığı daha da inkilaf etdirmək üçün davamlı səylər göstərməsi rəsmi Bakı ilə əlaqələr qurmaq, onunla müxtəlif sahələrdə əməkdaşlıq etmək istəyən ölkələrin sayını nəzərə çarpacaq dərəcədə artırır. Bu gün Azərbaycan yaınız Ermənistranı çıxmaq şərtilə dünyanın demək olar ki, bütün ölkələri ilə bu və ya digər formada əməkdaşlıq edir, bu əməkdaşlığı irəliyə aparır.  Həm yerləşdiyimiz coğrafiya, həm də regionda malik olduğumuz imkanlar və potensial dünyanın əksər ölkələrinin Azərbaycana olan marağını artırır və Cənubi Qafqazda Bakıya artılq strateji müttəffiq qismində baxırlar. Bu müsbət tendensiya təkcə region ölkələri deyil, eləcə də Avropa və Amerikanın timsalında da özünü göstərir. Hər halda son bir həftə ərzində okeanın o tayından Azərbaycana ard-arda gələn iki məktub və həmin məktublarda Vaşinqton-Bakı əməkdaşlığının ruhundan, mövcud vəziyyətindən ifadə edilən razılıq, eyni zamanda bu münasibətləri bir qədər də inkişaf etdirməyin zəruriliyinin vurğulanması belə deməyə əsas verir. 

Məlumat üçün qeyd edək ki, bu günlərdə Birləşmiş Ştatlar prezidenti Donald Tramp azərbaycanlı həmkarı Cənab İlham Əliyevə 28 may-Respublika Günü ilə bağlı təbrik məktubu göndərib. Bir çoxları bu təbrik məktubunu adi protokol qaydası kimi səciyyələndirsə də, lakin həmin məktubda əksini tapan bəzi mühüm məqamlar onu deməyə əsas verirdi ki, Ağ Ev administrasiyası rəsmi Bakı ilə münasibətləri yeni bir mərhələyə qaldırmağı, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.

ABŞ-Azərbaycan əlaqələrini bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq kimi səciyyələndirən Ağ Ev rəhbəri hesab edir ki, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən bu tərəfdaşlıq yüksələn xəttə üzrə inkişaf edir.

Azərbaycanın bir çox regional və qlobal əhəmiyyətli enerji layihələri reallaşdırması və həmin layihələrin Avropanın enerji təhlükısizliyinin təminatında mühüm rol oynadığını nəzərə alan Birləşmiş Ştatlar Azərbaycanla bu sahədə əməkdaşlığı daha da genişləndirməyi məqbul sayır. Təsadüfi deyil ki, Donald Trampın Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə göndərmiş olduğu məktubda bu məqam xüsusi olaraq əksini tapıb. Ağ Ev rəhbəri də dolayısıyla etiraf edib ki, bu gün Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri Avrasiyanın enerji xərisini dəyişdirir, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Amerika-Azərbaycan əməkdaşlığı beynəlxalq terrorizmə qarşı mübarizədə də öz müsbət dinamikası ilə seçilir. Belə ki, Azərbaycan sülhməramlıları beynəlxalq koalisiyanın tərkibində dünyanın müxtəlif qaynar nöqtələrində sülh və sabitliyin bərqarar olmasında fəal iştirak edirlər.

Nəzərə alsaq ki, bütün bu işlərin görülməsi üçün istənilən ölkədə güclü liderin olması başlıca şərtdir və eyni zamanda həmin liderin də beynəlxalq aləm tərəfindən qəbul edilməsi başlıca məqamlardandır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi güclü və müstəqil Azərbaycanın qətiyyətli və iradəli lideri kimi dəyərləndirmək yerinə düşər. Bu bir danılmaz faktdır ki, Cənab İlham Əliyevin güclü liderliyi xalıq tərəfindən qəbul edilir və dəstəklənir. Bu xüsusiyyətin beynıəlxalq miqyasda da dəstəklənməsi artıq İlham Əliyevə siyasi lider kimi yanamanın göstəricisidir. Təsadüfi deyil ki, Ağ Ev rəhbərinin sözügedən məktubunda da qeyd etdiyimiz məqam əksini tapıb. Məktubdan əldə edilən nəticə ondan ibarətdir ki, Vaşinqton, şəxsən Ağ Ev rəhbəri Donald Tramp Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayır və dəyərləndirir. Bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir.

Ağ Ev rəhbərinin həm 28 may-Respublika Günü, həm də XXVI Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktubdan əldə etdiyimiz bir qənaət də ondan ibarətdir, artıq Birləşmiş Ştatlar Cənubi Qafqazda davamlı sülh və sabitliyin əldə edilməsində ciddi şəkildə maraqlıdır.  Donald Tramp Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində şəxsi iştirakını və səylərini təqdir edirək, birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayır.

Son vaxtlar Vaşinqtonun Dağlıq Qarabağ danışıqlarına evsahibliyi etmək niyyətinin də açıqlanması onu deməyə əsas verir ki, artıq okeanın o tayında Dağlıq Qarabağ probleminin dondurulmuş vəziyyətdə qalmasından yana deyillər və Ağ Evdə münaqişənin tezliklə həll edilməsini arzulayırlar.Bütün bu müsbət münasibət və Azərbaycana olan hədsiz maraq da öz növbəsində belə bir qənaət formalaşdırır ki, Ağ Ev rəhbərliyi rəsmi Bakı ilə münasibətləri daha da inkişaf etdirməkdə olduqca maraqlıdır və bu kimi mesajlar, məktublar iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq üçün yeni-yeni imkanlar açır.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31