Dövlət başçısı hər zaman tarixi hadisələrə xüsusi diqqət və qayğı ilə yanaşıb

Dövlət başçısı hər zaman tarixi hadisələrə xüsusi diqqət və qayğı ilə yanaşıb

"Cənab preizdent İlham Əliyevin rəsmi qəbulun açılışı zamanı etdiyi çıxış xüsusi diqqətə layiqdir. Bu çıxış İlham Əliyevin Şərqdə ilk demokratik respublika yaratmış tarixi şəxsiyyətlərə və Azərbaycan xalqına sevgisinin təzahürüdür".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

"Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər." Cənab prezidentin də qeyd etdiyi kimi Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik cümhuriyyəti yaratmağı bacarmışdır, - deyə K.Paşayev qeyd edib.

Siyasi ekspert bildirib ki, Azərbaycan özünü dövrün ən demokratik ölkələri hesab edən bir çox Avropa və böyük Qərb dövlətlərindən öncə qadınlara seçki hüququ verən bir dövlət kimi adını tarixə yazdırmağı bacarmışdır. "Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər." Dövlət başçısının çıxışının ardınca söylədiyi bu fikirlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı üçün önəmi açıqca aydın olur - deyə K. Paşayev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31