İngiltərəli deputat: "Azərbaycan təhlükəsiz ölkədir"
İngiltərəli deputat: "Azərbaycan təhlükəsiz ölkədir"
29 May 2019 15:44 SiyasətAzərbaycana gələndə təhlükəsizliklə bağlı narahat idim. Amma gördüm ki, Azərbaycan artıq təhlükəsiz ölkədir". "Olaylar" xəbər verir ki, bunu mayın 29-da Milli Məclisdə keçirilən "Azərbaycan Avropa məkanında" adlı konfransda Avropa Parlamentinin İngiltərədən olan üzvü Netan Gill bildirib. N.Gill qeyd edib ki, o, küçədə çox rahat gəzir: "Küçədə mən çox rahat gəzirdim. Dünən şəhərdə ailələrin Respublika Günündə necə rahat gəzdiyini görürdüm. Bu, təhlükəsizliyin göstəricisidir. Bilmirdim ki, Azərbaycan necə inkişaf edib. Artıq Azərbaycana səfər etdim və bunu gördüm. Qayıdanda bunu deyəcəm. Bu, həm də lobbi fəaliyyəti olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31