Parlamentdə Rumıniya təmsilçisindən qalmaqallı fikirlər

Parlamentdə Rumıniya təmsilçisindən qalmaqallı fikirlər

Milli Məclisdə keçirilən  "Azərbaycan Avropa məkanında" adlı konfransda millət vəkili, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropanın Azərbaycana münasibətini yalanlar üzərində qurmamalı olduğunu vurğulayıb: "Ermənilər çox güclü lobbi hərəkatına malikdirlər. Fransa, İngiltərə və digər ölkələrdə böyük lobbiləri var. Ona görə də biz həqiqətlərimizi çatdırmaq üçün inkişafa, biznes uğurlarına diqqət yönəltdik. Biz artıq Dağlıq Qarabağ münaqişəsinə görə yox, iqtisadi inkişafa, beynəlxalq tədbirlərin, böyük idman yarışlarının keçirilməsinə görə diqqəti cəlb edirik".

Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor isə çıxışında qalmaqallı fikirlər səsləndirib. O, əvvəlcə Qarabağ məsələsinin "qarışıq məsələ" olduğunu iddia edib. Sonra iddia edib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq: "Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz...".

Bakının mərkəzində erməni kilsəsi də var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31