Ermənistan vaxt udmağa çalışır- PROBLEM
Ermənistan vaxt udmağa çalışır
29 May 2019 13:48 SiyasətDağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik hərəkətlilik hələlik münaqişənin həllinə heç bir müsbət təsir göstərməsə də, ancaq vasitəçi ölkələr, xüsusilə Rusiya tərəfindən verilən açıqlamalar yaxın vaxtlarda problemin həllində ciddi irəliləyiş olacağı ehtimalı yaradır. Elə ekspertlər də hesab edirlər ki, bir-birinin ardınca verilən nikbin açıqlamalar ortada real həll variantının olduğundan xəbər verir.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ayrı-ayrılıqda "nəticə var" kimi mesaj veririlər. O, bildirib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilk olaraq Rusiyanın "Kommersant" qəzetində qısa zamanda nəticə ilə bağlı qeydlər etmişdi, ardınca erməni vəzifədaşı Z. Mnatsakanyan Vyana və Moskva görüşlərində əldə edilmiş bəzi nəticələrin olacağı anonsunu verdi: "Bu aparılan danışıqlar kontekstində müəyyən irəliləyiş kimi xarakterizə onda ola bilər ki, nəticə reallaşsın. Qeyd edim ki, Nikol Paşinyanın hazırda ərazilərin boşaldılmasına gedəcəyi real deyil. Çünki, ölkə daxilində siyasi vəziyyət qeyri-stabildi və Qarabağ klanı revanş üçün məqam gözləyir. Bu kontekstdən yanaşdıqda Nikol Paşinyan üçün işğal olunmuş ərazilərlə bağlı güzəşt mövqeyi inandırıcı deyil. Burada Rusiya faktoru da mühüm amildir. Moskva Nikol Paşinyan iqtidarına ərazilərin qaytarılmasına yaşıl işıq yandırmasına getməz. Bunu edərdisə, Kremlə bağlı Qarabağ klanı vasitəsi ilə edə bilərdi. Demək, yaxın müddətdə gözlənilən nəticə humanitar aksiyaları əhatə edə bilər. Buraya əsirlərin dəyişdirilməsi, xüsusilə ölkəmiz üçün həssas olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması reallaşa bilər. Qeyd edim ki, Erməni tərəfi ilk gündən Digəmlə, Şahbazın azad olunmasını qəbul etmirdi. Görünür, Paşinyan əsirlərin azad olunmasına razılaşır. Azərbaycanın əsirlərin dəyişdirilməsi üzrə hamının -hamıya prinsipini irəli sürməsi digər vasitəçi ölkələr tərəfindən dəstəklənirdi. Həmsədrlərin Ermənistana bu prinsiplə razılaşmaq üçün təzyiqlər etməsini istisna etmirəm".
Politoloq deyib ki, üç həmsədr ölkə real olaraq bu prinsipi Yerevana qəbul etditdiyi kimi, torpaqların azad olunmasını da tələb edə bilər: "Amma, buna Rusiya başda olmaqla imkan verilmir. Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü ərəfəsində əsirlərin dəyişdirilməsi üçün bu aksiyanı həyata keçirməsi münaqişənin həllində ABŞ-ın təşəbbüsünə imkan verməməkdir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyir ki, son günlər Rusiya mətbuatında Dağlıq Qarabağ münaqişəsi haqqında yayınlanan məqalələrin sayı artıb. Onun sözlərinə görə, həmin yazılarda həmişə olduğu kimi erməni tərəfinin mövqeyi geniş əks olunur: "Buna baxmayaraq, "balans" görüntüsü yaratmaq üçün Azərbaycanın da mövqeyinə yer ayırırlar. Bu mənada xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın məşhur "Kommersant" qəzetinə verdiyi müsahibə diqqəti çəkir. Elmar Məmmədyarov Ermənistanla danışıqların bəzi detallarına toxunub.
Birincisi, Məmmədyarovun müsahibəsindəki sözlərindən aydın olur ki, rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyana düşünmək üçün vaxt vermişdi və həmin vaxt artıq bitib. Məmmədyarov onu da deyib ki, rəsmi Bakının Ermənistanın yeni hakimiyyətinə müəyyən ümidləri var imiş, yəni guya Nikol Paşinyan anlamalıydı ki, Azərbaycanla sülh olmadan Ermənistanın gələcəyi yoxdur. Ancaq münaqişənin həllində irəriləyiş yoxdursa deməli Paşinyan da özündən əvvəlki prezidentlər - Robert Köçəryan və Serj Sərkisyan kimi Azərbaycanla sülh olmadan da yoluna davam edəcəyini düşünür. Paşinyan bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanla sülhün vacibliyi haqqında düşünmür.
İkincisi, Elmar Məmmədyarovun sözlərindən o da aydın olur ki, il başlayandan erməni həmkarı ilə iki dəfə görüşməsinə baxmayaraq, Ermənistan rəsmiləri münaqişəni alovlandıracaq açıqlamalarından çəkinmirlər". Politooloq onu da deyib ki, Elmar Məmmədyarovun müsahibəsindəki bu cümlə diqqəti çəkir: "Ötən il həm danışıqlar baxımından dolğun, həm də ziddiyətli oldu". Bu cümləni belə də anlamaq olar: "Dolğun danışıqlar nəticə vermir". Elmar Məmmədyarov əsirlərin "hamının hamıya" prinsipinin işləmədiyini bildirib. Bu prinsip ona görə işləmir ki, Nikol Paşinyan Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girovu ermənilərlə dəyişmək istəmir. Bəlkə də Paşinyan rəsmi Bakının təklif etdiyi "hamının hamıya" prinsipinə razılaşardı. Ancaq Paşinyan düşünür ki, Qarabağ separatçıları onun istəyi ilə iki azərbaycanlını azad etməyəcəklər və bu onun imicinə mənfi təsir edəcək. Digər tərəfdən Nikol Paşinyan belə bir istəyi səsləndirsə Qarabağ separatçıları və Qarabağ klanı ilə arasındakı münasibətləri daha da gərginləşdirəcəyindən qorxur. Belə çıxır ki, Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni hərbçilərin taleyinə biganədir". Elxan Şahinoğölunun sözlərinə görə, Elmar Məmmədyarov rusiyalı jurnalistin sualına cavab olaraq münaqişənin həlli prosesinə başlamadan iki xalq arasında inam atmosferinin yaradılmasının mümkün olmayacağını vurğulayıb. Məmmədyarov haqlıdır, sadəcə belə olan halda sual yaranır: Münaqişənin həllinə başlamadan iki xalq arasında inam atmosferinin yaradılması mümkün deyilsə, Azərbaycanın xarici işlər naziri erməni həmkarı ilə "humanitar məsələlərin həlli" bəndinə niyə razılaşmışdı? Onsuz da bu razılaşma işləmir. Çünki hər razılaşmadan sonra atəşkəs pozulur və bu hal bütün razılaşmaların üstündən xətt çəkir".
Politoloq Ramiyə Məmmədova deyib ki, ermənilərin Dağlıq Qarabaq məsələsinin öz xoşları ilə həll etməyəcəkləri artıq bizə bəlli olsa da, bunların hər bir cıxışlarında "Qarabağı işgal etməmişik, sadəcə ata-baba torpaglarımızı qaytarmışıq" deməkləri tam həyassızlıgın son nöqtəsidi: "Böyük Kilikiya Katolikosu I Aram , Antilles Apostol Kilsəsində (Livan) mayın 28-də Ermənistan Respublikasının elan olunmasının 101-ci ildönümünə həsr olunmuş xütbəsində işğal olunmuş Azərbaycan torpagının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və "vahid Ermənistanın bərpası"na dair çağırışlar edib. Kilikiya katolikosunun sözlərinə görə, "Qarabağ xalqın qanı ilə qeri alınıb və bu məsələdən imtina Ermənistanın müstəqilliyi üçün qəbul edilə bilməz". "Qarabağ ələ keçirilmiş ərazilər deyil, doğma torpaqlar qəhrəmanlarımızın qanı ilə qayıdıb. Birliyin və vahid Ermənistanın var olması Qarabağın Ermənistana birləşdirilməsi ilə başlayacaq ", - deyə Aram sözlərini bitirib. Bu acıqlamanın ardınca Sasnra Çrer Partiyası Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində mitinqlərə hazırlaşması barədə Sasna Çrer üzvü Areq Kureqyan məlumat verib. O, mitinqlərdə işğal bölgəsinin Ermənistana birləşdirilməsi məsələsinin qaldırılacağını bildirib: "Qarabağ Ermənistandan ayrı olmamalıdır, bura Ermənistanın bir vilayəti olmalıdır və qubernator idarə etməlidir" deye bəyanat verib, eləcədə Qarabağın girişində "Qarabağ Ermənistanın ərazisidir" şüarını yazılması təxribatların ən öndə gedənidir". Politoloq deyib ki, artıq bunların Qarabağ xülyaları pis yuxuya bənzəməzyə başlayıb: "Həm yuxuda, həm də oyaq vaxtı Qarabağ deyə sayaqlayırlar, cünki özdəri də bilirki Azərbaycan Qağlığ Qarabağdan imtina edən deyil və bügünkü Ermənistandaki abu- hava və münaqişənin uzanması, ac qalan milləti o qədər bezdirib ki, Qarabağı fıkirləşmək belə istəmirlər. Dini rəhbərin də və Partiyaların da bundan xəbəri var. Biri dini, o biriləri isə klanlar arası garşıdurmanı bayraq tutaraq insanların bu yoldan imtina etməmələrinə cağırır. Cünki Ermənistan xalqının maddi durumlarının və ölkənin bərbad iqtisadiyyatı olduğu hər kəsə bəllidir. Hələ siyasi durumda, yəni klanlar arasındakı savaşda üstə gəlsək ermənilərin bu vəziyyətdə nə düşündüklərini bilmək elədə cətin deyil. Artik klan rəhbərlərinin bir birlərinə olüm təhdidləri belə yağdırması normal hala gətirib cixardıb. Paşinyan isə vəziyyətin gərgin olmasından və ona garşı təxribatların coxalmasından necə cıxacagını və kimə üz tutacagını görmək maraqlıdır".
Füzuli