PA rəsmisi: Ermənistanda nasist siyasət aparılır

PA rəsmisi: Ermənistanda nasist siyasət aparılır

Ermənistan bu regionda nasist siyasət aparan yeganə monoetnik dövlətdir. "Olaylar" xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, 1988-ci ildə Ermənistanda etnik azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar: "Bu gün Ermənistanda bir dənə olsun belə azərbaycanlı yoxdur. Bu ölkə bu regionda yeganə monoetnik dövlətdir, yəni, ermənilərdən savayı başqa xalqların və millətlərin nümayəndələri orada yaşamır. Amma Azərbaycan çoxsaylı xalqların və millətlərin yaşadığı  polietnik bir dövlətdir. Burada bütün xalqların, millətlərin  birgəyaşayışı mövcuddur. Həmçinin, region ölkələrindən Rusiya, İran, Gürcüstan, Türkiyə hamısı çoxmillətli, polietnik ölkələrdir. Ancaq bu regionda nasizm siyasəti, etnki təmizləmə siyasəti həyata keçirən yeganə monoetnik dövlət Ermənistandır. Hətta, bir neçə il öncə xaricdə keçirilən bir tədbirdə sual verildi ki, Ermənistanda nə qədər azərbaycanlı yaşayır, cavab verdik ki, heç kim. Dedilər ki, necə, yəni heç kim? Biz bir daha dedi ki, 1988-ci ildən Ermənistanda bir nəfər olsun azərbaycanlı yaşamır. Bu ölkə nasist siyasət yeridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31