“Xalq Cümhuriyyətinin varisləri olaraq, ölkəmizin adının daim zirvələrdə olması üçün cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik” – BƏHRUZ QULİYEV

“Xalq Cümhuriyyətinin varisləri olaraq, ölkəmizin adının daim zirvələrdə olması üçün cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik” – BƏHRUZ QULİYEV

"Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi öncəliklə, Şərqin ilk müsəlman demokratik quruluşlunun yaradılması faktorunu dünyaya bəyan etdi və bu, bilavasitə Azərbaycan xalqının tarixinə yazılmış şanlı tarixdir". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev 28 may-Respublika Günü münasibəti ilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyevin irəli sürdüyü fikirlərini şərh edərkən deyib.

Bəhruz Quliyevin sözlərinə görə, cənab Prezident belə bir qürurlu tarixin müsəlman aləmində ilk dəfə məhz Azərbaycan xalqının adına yazıldığını vurğulamaqla, xalqımızın nə qədər mütərəqqi olmasına, dünya görüşünün bəşəriyyət üçün nə qədər önəmli olmasına toxunub və bu əhəmiyyətli amilin özü Xalq Cümhuriyyəti tariximizin dünyada xüsusi yer almasına dəlalət edir: "Əbəs deyil ki, Cümhuriyyətin qurucuları - ziyalılarımız, hərbçilərimiz, səhiyyə işçilərimiz, yazıçılarımız, mətbuat adamlarımız, mədəniyyət xadimlərimiz, eləcə də mesenatlarımız həmin prosesdə yaxından iştirak ediblər, bu iştirakları ilə gələcək nəsillərə silinməz izlər buraxıblar", deyən "Səs" qəzetinin baş redaktoru onu da bildirib ki, həmin proseslərdə iştirak etmiş hər bir azərbaycanlı bu gün xalqımız tərəfindən əziz tutulur, xatirələri yad edilir: "Hələ Ulu Öndər Heydər Əliyev AXC-nin tarixi aspektlərinin təhlilini apararkən, öz çıxışlarında vurğulayırdı ki, keçmişini unudan kəs, gələcəyini qura bilməz. Bəli, məhz şanlı keçmişimizi unutmamaq, ona dəyər vermək bizlərin hər birimizin borcudur və Heydər Əliyev dühası hətta SSRİ dövründə yüksək dövlət postlarında fəaliyyət göstərərkən AXC tarixini qəlbində yaşadaraq, Azərbaycanın yenidən müstəqil olması haqqında düşünürdü. Əbəs deyil ki, müasir müstəqil Azərbaycanın məhz AXC-nin varisi olması kəlamını da Ümummilli Liderimiz öz çıxışlarında vurğulamışdı".

"Dövlət başçımızın çıxışından həm də belə bir nəticə çıxarmaq olar ki, Heydər Əliyev Xalq Cümhuriyyəti zamanında qəbul edilmiş üçrəngli Dövlət Bayrağını ilk dəfə rəsmi olaraq, Naxçıvanın Ali Məclisində yüksəltməklə xalqına, dövlətinə, xüsusilə də tarixə nə qədər əhəmiyyət verməsinin tərənnümünü, zəfərini nümayiş etdirdi, belə bir cəsarətli addımını atmış oldu", deyə qeyd edən Bəhruz Quliyev bu gün Ulu Öndər ideyalarının Prezident İlham Əliyev tərəfindən şərəflə, uğurla davam etdirildiyini bildirib: "Cənab İlham Əliyev öz çıxışında Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsindən sonra, onun yenidən itirilməsi təhlükəsi yaşanması faktoruna da toxunaraq, xalqımızı yenidən bəlalara düçar olmasının qarşısının Ulu Öndər Heydər Əliyev tərəfindən alınmasını xatırlatdı", deyən siyasi ekspert bu gün inkişaf və tərəqqi edən dövlətimizin əldə etdiyi hər bir uğurunun təməlində sözügedən amilin dayandığını qeyd edib: "Azərbaycan dövləti beynəlxalq aləmdə bir sıra iqtisadi, sosial və s. sahələri əhatə edən layihələrdə aparıcı mövqeyə sahibdir. Bütün bunlar Prezident İlham Əliyevin mütərəqqi siyasət tandeminin bariz göstəriciləridir. Neft-qaz, nəqliyyat, logistika, qeyri-neft sənayesi, kosmik sənaye, hərbi sənaye və digər bir sıra nəhəng layihələrdə yer alan Azərbaycanın bu mövqeyə sahib olmasının arxasında müstəqil siyasət, asılı olmamaq reallığı dayanmaqdadır. Bu, həm də qətiyyətli bir siyasətin göstəricisidir ki, dövlət başçımız həmin siyasəti ilə dünyaya Azərbaycanın ali mövqeyini sübuta yetirməkdədir. Əlbəttə, müstəqilliyimiz əbədidir və bu əbədiyyət bayaq da qeyd etdiyim kimi, tariximizdən qaynaqlanan bir gerçəklidir. Bizlər həmin tarixi birlikdə yaşatmalı, Xalq Cümhuriyyətinin varisləri olaraq, ölkəmizin adının daim zirvələrdə olması üçün cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik. Bu, həm də bizlərin hər birinin siyasi iradəsinə söykənməli olan vətəndaşlıq borcumuzdur - həm  şanlı tariximiz, həm də dövlətimiz qarşısında"

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31