Pompeodan Qarabağ açıqlaması - "...sadiqik"

Pompeodan Qarabağ açıqlaması - "...sadiqik"

"ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərəDağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli yollarının tapılmasına kömək göstərməyə sadiq qaldığımızı bildiririk".

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun Azərbaycan xalqına 28 May - Respublika Günü münasibətilə təbrikində qeyd olunub.

"Biz son zamanlar münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində tərəflərin yüksək səviyyəli iştirakını, həmçinin məhsuldar müzakirələr üçün əlverişli mühitin yaradılması və xalqların sülhə hazırlanması sahəsində göstərilən səyləri təqdir edirik", - deyə məktubda vurğulanıb.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31