İspaniya kralı İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İspaniya kralı İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi İspaniya Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Sizə xoşbəxtlik və uğurlar, əziz Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31