Elmar Məmmədyarov “Kommersant” qəzetinə müsahibə verib
Elmar Məmmədyarov “Kommersant” qəzetinə müsahibə verib
27 May 2019 13:07 Siyasət27 may tarixində Rusiyada nüfuzlu KİV-lərdən biri sayılan "Kommersant" ("КоммерсантЪ") qəzetində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun geniş müsahibəsi dərc edilib. XİN-dən "Olaylar"a verilən mlumata görə, müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb, hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib, habelə Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımların məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədar olduğunu izah edib.
Müsahibə ilə aşağıdakı link üzrə taniş olmaq olar: https://www.kommersant.ru/doc/3982121