“Azərbaycanla sərhədlə bağlı danışıqları diqqətlə izləyirik” — Gürcüstan Patriarxlığı
“Azərbaycanla sərhədlə bağlı danışıqları diqqətlə izləyirik” — Gürcüstan Patriarxlığı
24 May 2019 14:32 Siyasət"Gürcüstan Patriarxlığı Azərbaycan tərəfi ilə sərhəd məsələsi ilə bağlı danışıqlar prosesini diqqətlə izləyir".
Bunu Patriarxlığın Mətbuat xidmətinin rəhbəri Andria Caqmaidze özünün "Facebook" səhifəsində yazıb.
"Azərbaycan tərəfi ilə danışıqlar davam etdirilir. Prosesdə Xarici İşlər Nazirliyi iştirak edir. Ümid edirik ki, Gürcüstanın maraqları tam olaraq qorunacaq", - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Gürcüstanın XİN rəsmisi Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31