Maduro Azərbaycana gələcək
Maduro Azərbaycana gələcək
21 May 2019 15:25 SiyasətPrezident Nikolas Maduronun rəhbərlik edəcəyi Venesuelanın nümayəndə heyəti oktyabr ayında Azərbaycana səfər edəcək.
Bu barədə Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran mətbuat konfransında bildirib.
Səfir Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun iyul ayında Venesuelada keçiriləcək Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət olunduğunu da qeyd edib.
"Bu tədbir oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitinə hazırlıq məsələlərinə həsr olunub" - səfir söyləyib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31