Oqtay Əsədov Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir
Oqtay Əsədov Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir
20 May 2019 13:38 SiyasətMayın 20-də Ukrayna Ali Radasında bu ölkənin altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi başlayıb. Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan parlamentinin aparat rəhbəri Səfa Mirzəyev, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil edirlər. Andiçmə mərasimində təxminən 60 ölkənin prezidentləri, hökumət başçıları və nazirləri iştirak edirlər. Andiçmə başa çatdıqdan sonra Mariinski Sarayında Ukraynanın Silahlı Qüvvələrinin iştirakı ilə dövlət bayrağının qaldırılması mərasimi və xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31