Müxalifət daxilində mübahisələr var - ŞƏRH
7 Mart 2013 13:58 Siyasət"Azərbaycan müxalifəti daxilində bəzi taktiki məsələlərlə bağlı mübahisələr var". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli "OLAYLAR"_a deyib ki, təmsil etdiyi partiya üçün ən vacib olan məsələ müxalifətin birliyidir: "Bu istiqamətdə də danışıqlar davam edir. Inanıram ki, biz bu məsələ ilə əlaqədar olaraq vacib olan varianti tapacağıq". Nurəddin Məmmədli qeyd edib ki, digər mühüm məsələ iqtidarın demokratik seçki keçirmək istəyinin olmamasıdır: "İqtidar bu məsələ ilə baglı siyasi iradə ortaya qoymayıb. Bundan sonra da bu məsələdə hər hansı müsbət addım atılacağını gözləmirəm. Təbii ki, belə bir şəraitdə hər sey xalqın iradəsi ilə həll olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00