Roza Otunbayeva Azərbaycana gəlir
7 Mart 2013 13:41 SiyasətQırğızıstanın sabiq prezidenti Roza Otunbayeva Azərbaycana səfərə gələcək. Bu barədə SalamNews-a Qırğızıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfər mayın 3-5-də baş tutacaq. Səfərdə məqsəd Bakıda Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş festivalda iştirak etməkdir.
R.Otunbayevanın Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları ilə görüşü nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00