"Rusiya Azərbaycana toxuna bilməz” - AÇIQLAMA

Vəfa Quluzadə: “ABŞ heç vaxt özündən qat-qat zəif olan Rusiya ilə Azərbaycana görə gizli şəkildə razılığa gəlməz, nə də ki, danışıqlara getməz”

ABŞ-ın Azərbaycan siyasətindən geri çəkildiyi bildirilir. Buna səbəb kimi Rusiya və ABŞ-ın gizli şəkildə razılğa gəlməsi fakt kimi göstərilir. Siyasi analitiklər isə hesab edirlər ki, qeyri-rəsmi mənbələr tərəfindən irəli sürülən iddialar həqiqəti əks etdirmir və məhz ABŞ faktoruna görə, Rusiyanın Azərbaycanın xarici siyasətini dəyişdirməyə gücü çatmayacaq. "Rusiya Azərbaycana qarşı tarixən də işğalçı mövqe tutub. Əsas fakt isə ondan ibarətdir ki, ABŞ bütün sahələrdə Rusiyadan 10 dəfə güclüdür" deyən politoloq Vəfa Quluzadənin sözlərinə görə Rusiyadan hərbi sektorda dəfələrlə güclü olan ABŞ amilinə görə rəsmi Moskva Azərbaycana toxuna bilməz: "ABŞ heç vaxt özündən qat-qat zəif olan Rusiya ilə ümumiyyətlə Azərbaycana görə gizli şəkildə razılığa gəlməz, nə də ki, danışıqlara getməz. Buna görə Rusiyanın Azərbaycanı tutduğu mövqeyi başqa istiqamətə çevirməyə gücü çatmayacaq. ABŞ-ın Azərbaycan siyasətindən geri çəkilməsi haqqında məlumatlar həqiqəti əks etdirmir. Bütün məsələlərin nəticəsi isə son anda Azərbaycanın gedəcəyi istiqamətdən asılıdır. özündən asılıdır" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00