“Müxalifət Mütəllibov kartını diriltməyə çalışır” - AÇIQLAMA

Cümşüd Nuriyev: “Mütəllibovun “bir dəfə əli yanıb”, bundan sonra siyasi oyunlarda iştirak etməyəcək”

"Müxalifət məşğul olmağa iş tapmadığı üçün yenidən Ayaz Mütəllibovu gündəmə gətirib". Bunu "Olaylar"a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, A.Mütəllibovun hakimiyyətə gəlmək fikri yoxdur: "Bu birmənalıdır. İknincisi, Mütəllibov heç vaxt iqtidarın əleyhinə olmayacaq. Çünki, uzun ayrılıqdan sonra onun Azərbaycana qayıtmasının əsas səbəbkarı cənab prezident İlham Əliyevdir. Üçüncüsü, müxalifət bir şeyi başa düşmür ki, Mütəllibov Azərbaycanın ilk prezidentidir və Azərbaycanın əleyhinə olan siyasi oyunlarda iştirak etməyəcək. Çünki, bir dəfə bu adamın əli yanıb. Məsələ ondan ibarətdir ki, bəzi adamlar var ki, siyasi cəhətdən manyaklaşıblar və özlərini cəmiyyətə təqdim etmək üçün Ayaz Mütəllibov kartını diriltməyə çalışırlar. Bu bekarçılıqdan irəli gələn bir şeydir. Parlamentdə bunu gündəmə gətirənlər bir şeyi dərk etmir ki, mərdi qova-qova namərd etmək olmaz. Bu insan uzun zamandan sonra ölkəsinə qayıdıb, yerində sakit oturub, bundan nə istəyirsiniz?! Həmçinin bunlar Xalq Cəbhəsinin dövründə hakimiyyətdə olan adamlara da aiddir. Olmayan şeyi müzakirə etmək də ağılsızlıqdır. Onlar getsinlər, tamamilə başqa işlərlə məşğul olsunlar. Çünki, Ayaz Mütəllibov 75 yaşında Azərbaycan dövlətinin əleyhinə hər hansısa addım atmayacaq. Müxalifət öz problemini Ayaz Mütəllibov müstəvisində həll etməyə çalşır" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00