“Anti-milli ünsürlərin aksiya cəhdi Brüssel səfərini pərdələmək üçün atılıb” – Şərh

“Anti-milli ünsürlərin aksiya cəhdi Brüssel səfərini pərdələmək üçün atılıb” – Şərh

Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirmək cəhdini vətənə xəyanət kimi qiymətləndirirəm. Bu insanlar özlərini azərbaycanlı adlandırır, vətənin, millətin qayğısına qalırmış kimi özlərini qələmə verirlər.Lakin bunun heç də belə olmadığı göz pnündədir.

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, anti-milli qüvvələrin aksiyaya cəhdi, Brüssel səfərini pərdələmək və görüş haqqındakı müsbət faktların üstünü örtmək üçün atılıb:

"Brüssel səfəri və ümumiyyətlə bu tipli xarici səfərlər ölkəmiz üçün çox önəmlidir. Xarici əlaqələrin genişlənməsi, ölkəmizin Avropaya inteqrasiyası bu tip görüşlərin nəticəsidir. Bu cür müsbət hallar özlərini müxalifət adlandıranları, daha doğrusu əmr aldıqları qüvvələri dərindən hiddətləndirdiyi üçün bu hallarla qarşılaşırıq. Ümumi nəzər yetirsək, son zamanlar anti-milli qüvvələrin daha da fəallaşdığını müşahidə edə bilərik. Bunun səbəbi dövlət başçısının rəhbərliyi ilə atılan uğurlu addımlar, dərinləşdirilən islahatlar və ölkəmizin bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsidir. Adı çəkilən ünsürləri daha dərindən narahat edən bir digər fakt isə görülən işlər nəticəsində xalq-iqtidar birliyinin daha da möhkəmlənməsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31