Özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı olmayanlar
14 May 2019 13:25 SiyasətAzərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artıb, Azərbaycan dünyada söz sahibinə çevrilib, ölkəmiz qlobal beynəlxalq məsələlərin çözüldüyü məkana çevrilib. Heç şübhəsiz ki, əldə edilən bu kimi uğurlar Azərbaycanı istəməyən qüvvələrin yuxusunu ərşə çəkib. Fakt odur ki, Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli idman yarışlarına ev sahibliyi etməsi, ümumiyyətlə, ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin uğurla keçirilməsi bəzi məkrli qüvvələri ciddi şəkildə narahat etməkdədir. Ölkəmizə qarşı qisasşılıq hissi o dərəcədə artıb ki, artıq antimilli qüvvələr millətə, dövlətə qarşı nalayiq ifadələr işlətməkdən belə çəkinmirlər. Heç şübhəsiz ki, millətə qənim kəsilən, əlləri xarici havadarlarının cibində olan bu kəsimlər məkrili qüvvələr tərəfindən idarə olunurlar. Acınacaqlı haldır ki, böyüyüb boya-başa çatdığı, suyunu içib, çörəyini yediyi Vətənini ataraq erməni diasporasının bir tikə əppəyinə möhtac qalan həmin antimilli qüvvələr üçün müqəddəs bir şey qalmayıb. Mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirmək cəhdi dediklərimizi bir daha təsdiq etmiş olur. Belə ki, özünü "fəal" adlandıararaq erməni diasporasından aldığı pulu silmək məqsədi güdən bu insanlar çəkinmədən Azərbaycan dövlətinə və xalqına düşmən münasibətlərini əyani şəkildə nümayiş etdirirlər. Sözügedən aksiyaya cəht də onlar erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitləri yuyurlar. Əks halda, hətta aksiyaya cəhd kimi elementar neqativ davranışı belə nümayişkanə şəkildə tirajlamaqda maraqlı olmazdılar. Lakin yayılan kadrlardan da görünür ki, mağara təfəkkürlü bu qaragüruhçular nə qədər cılız, səviyyəsiz, tərbiyə və əxlaqi normaları tam deqradasiyaya uğramış, milli hissiyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar.
Etiraf edilməlidir ki, Azərbaycan son illər dünyada sülhə verdiyi töhfələri ilə daim diqqət mərkəzində olub. Buna ölkəmizin demokartik ənənələrə sadiqliyini, dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsini, sivilizasiyalar və mədəniyyətlərarası dialoqların keçirilməsini, "Eurovision" mahnı müsabiqəsini, birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula 1 Qran-Prisini də əlavə etsək, respublikamızın dünya birliyində sayılıb-seçilən ölkələrdən olduğu özünü açıq şəkildə büruzə verir. Hər dəfə ölkəmizdə reallaşan mötəbər tədbirlərdə iştirak edən xarici nümayəndələr, qonaqlar Azərbaycanda hökm sürən davamlı ictimai-siyasi sabitliyin, inkişafın, əmin-amanlığın, xalqımızın qonaqpərvərliyinin şahidi olurlar. Ancaq faktdır ki, Azərbaycanın bu naliyətləri ölkəmizi istəməyən qüvvələrin ciddi narahatçılığına səbəb olub. Elə buna görə də sözügedən milli satqnlar Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsini hədəfləyir, buna görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar. Lakin nəticə ondan ibarətdir ki, bu addımı atan 3-4 vətənsiz Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəltdilər.
Etiraf edilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət kursu, Azərbaycanın uğurları, beynəlxalq imicinin möhkəmlənməsi anti-Azərbaycan dairələr tərəfindən daim böyük narahatçılıqla qarşılanıb. Çünki, Azərbaycanın dünyada güclü, nüfuzlu dövlət kimi tanınması bu dairələri həmişə təşfişə salıb. Fürsət düşən kimi onlar məkirli, xain planlarını həyata keçirməyə başlayırlar. Axı, Azərbaycanın milli gücünün daha da artması, yeni nailiyyətlər qazanması onların məqsədli planlarını alt-üst edir. Ona görə ölkəmizin yüksək beynəlxalq nüfuzuna kölgə salmaq üçün müxtəlif vasitələrlə istifadə edirlər. Lakin hər dəfə ölkəmizə qarşı cızılmış xəyanət ssenarisi fiaskoya uğrayıb, Azərbaycan vətəndaşları tərəfindən ictimai qınağa, daha doğrusu nifrətə tuş gəlib. 3-4 nəfər mənəviyyatsız erməni köləsinin etiraz təşkil etmək cəhdi də onların iddialarının kimsə tərəfindən dəstəklənmədiyinə əyani sübutdur. Dəhşətli məqam ondan ibarətdir ki, bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətini artıq gizlətmirlər və pərdələməyə çalışmırlar. Çox təəssüf ki, erməni puluna öz dövlətini və xalqını gözdən salmağa çalışan bu kimi ünsürlər hələ də tapılır. Bütün sadalananlara baxmayaraq, ölkədə hökm sürən xalq-iqtidar birliyi Azərbaycanın çoxsaylı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verməyə şərait yaradır. Azərbaycan dünyada sülh, əmin-amanlıq tərəfdarı kimi tanınır, eyni zamanda, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasına görə nümunəvi dövlətdir. Bu da bir daha əmin edir ki, məkrli dairələr heç zaman öz istəklərinə nail ola bilməyəcəklər.
Nurlan