İSBAM rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

İSBAM rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbərliyi Türkiyənin Azərbaycandaki fövqaladə ve səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.  "OLAYLAR"-a daxil olan məlumata görə, Türkiyə səfirliyində keçirilən səmimi görüşdə İSBAM sədri Samir Adigözəlli ilk növbədə mərkəzin fəaliyyət istiqamətləri barədə səfirə məlumat verib. Daha sonra  Azərbaycan Türkiyə yüksək tərafdaşlıq və hər iki qardaş ölkə arasında yaxın münasibətləri əhatə edən mövzular ətrafında söhbət aparılıb. Səfir Erkan Özoral  görüşdə Türkiyə Azərbaycan əlaqələrinin qardaşlıq əlaqələri olduğunu və bu münasibətlərin daha da möhkəmlənməsində Azərbaycandaki ictimai təşkilatların da əməyi olduğunu qeyd edib. 

Səmimi qəbula görə İSBAM sədri Samir Adigözəlli səfirə təşəkkürünü bildirib. Görüşdə İSBAM sədrinin müavini Səbuhi Əliyev,sədrin müşavirləri Yasəmən Möhübbətqızı Samir Şahverdiyev istirak edibler.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31