Avstriya parlamentinin sədr müavini Xocalı soyqırımı ilə bağlı məsələni konkret cavablandırmadı

"Avstriya ilə Azərbaycan arasında dövlət başçıları, hökumətlər səviyyəsində çox güclü əməkdaşlıq əlaqələri var". Bunu Azərbaycanda səfərdə olan Avstriya parlamentinin sədr müavini, Avstriya Milli Şurasının ikinci prezidenti Fritz Neugebauer jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə  görə, Avstriya və Azərbaycan arasında olan əlaqələr parlamentlərarası münasibətləri də diqtə edir: "Hesab edirik ki, parlamentlərarası əlaqələrin gücləndirilməsi iki ölkə arasında münasibətlərin inkişafına növbəti müsbət töhfəsini verəcək". Avstriya parlamentində Xocalı soyqırımı, Dağlıq Qarabağ problemi ilə bağlı qətnamənin qəbul edilib-edilməyinə gəlincə, Avstriya nümayəndə heyətinin rəhbəri bu məsələyə konkret cavab verməyib: "Azərbaycan parlamentariləri ilə Avstriya parlamentariləri Avropa Şurası Parlament Assambleyasında bu yöndə müzakirələr, diskusiyalar aparırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00