Cavid Qurbanov: “ Torpaqlarımızın bir qarışını da kiməsə verən deyilik”
6 Mart 2013 17:07 Siyasət"Biz torpaqlarımızın bir qarışını olsun belə, heç kimə verən, güzəştə gedən deyilik. Azərbaycan istənilən dövlət, o cümlədən Ermənistanla sülh və dostluq şəraitində yaşamağa hazırdır, yeganə şərt Ermənistanın işğalçılıq siyasətinə son qoymasıdır. Danışıqlar prosesi nəticə verməsə, əlbəttə, biz torpaqlarımızı qaytarmaq üçün müharibəyə hazırıq. Bunu dəfələrlə bizim dövlət başçımız da bildirib. Dağlıq Qarabağ danışıqlar predmeti deyil". Bunu Milli Məclisdə Avstriya parlamentinin sədr müavini Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Avstriya parlamentlərarası Dostluq Qrupunun görüşündə millət vəkili Cavid Qurbanov deyib. Dostluq qrupunun rəhbəri bildirib ki, Azərbaycanla Avstriya arasında əlaqələrin tarixi hələ 15-ci əsrə-Uzun Həsənin dövrünə gedib çıxır: "Lakin bu əlaqələrin inkişaf dövrü Azərbaycan müstəqillik əldə etdikdən, mərhum dövlət başçısı Heydər Əliyev hakimiyyətə gəldikdən və Avstriyaya ilk rəsmi səfərini etdikdən sonrakı dövrə təsadüf edir". Avstriyalı parlamentarilərə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən C. Qurbanov deyib ki, 20 ildən çoxdur Ermənistan tərəfindən davam edən işğal faktoru bölgə üçün ciddi təhlükə yaşadır: "Hazırda Azərbaycanda 40 minə yaxın erməni yaşadığı halda, Ermənistanda bir dənə də azərbaycanlı yaşamır".F. Neugebauer öz növbəsində iki ölkə arasında 20 ildir davam edən çoxsahəli əlaqələrə toxunaraq bildirib ki, bu əlaqələr qarşılıqlı səfərlər çərçivəsində güclənir. O, qeyd edib ki, may ayında Azərbaycan Prezidenti İlham Əliyev Avstriyaya səfər edəcək və bu da ikitərəfli əlaqələrə mühüm töhfələr verəcək. Qonaq Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunaraq bəyan edib ki, bütün məsələlər sülh və danışıqlar yolu ilə həll olunmalıdır: