Deputatlarımız ABŞ-a səfər ediblər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitənin sədr müavini Sevinc Fətəliyeva, deputatlardan  Asim Mollazadə  və Sahibə Qafarova    ABŞ-a  səfər  ediblər. Bu barədə MM-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,  deputatlarımız Vaşinqton  şəhərində, Texas  ştatında olacaq, bu ölkənin konqresmenləri, qubernatorlar və müxtəlif fraksiyaların  nümayəndələri ilə görüşlər keçirəcək, ölkələrimiz arasında münasibətlərin inklişafı, əməkdaşlığın genişləndirilməsi barədə  söhbətlər  aparacaqlar.  Onlara  Azərbaycanın  iqtisadi  inkişafı, parlamentdə qəbul  edilən  yeni  qanun  layihələri  barədə  ətraflı məlumat  veriləcək. Səfər martın 16-da başa çatacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00