XİN: “Bu gün Azərbaycanla Avropa İttifaqı arasında hər hansı saziş imzalanmayacaq”
XİN: “Bu gün Azərbaycanla Avropa İttifaqı arasında hər hansı saziş imzalanmayacaq”
13 May 2019 13:22 Siyasət"Bu gün Azərbaycanla Avropa İttifaqı arasında hər hansı sazişin imzalanması nəzərdə tutulmayıb". "Olaylar" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. XİN sözçüsü bildirib ki, məsələ ilə bağlı hər hansı dəyişiklik yoxdur: "Bir müddət əvvəl də sazişin məhz bu tarixdə imzalanmayacağı barədə fikir bildirmişdik. Qeyd etmişdik ki, ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir" Qeyd edək ki, bu gün mediada Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanacağı barədə xəbərlər yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31