Belçikada Azərbaycana dəstək mitinqi keçiriləcək
Belçikada Azərbaycana dəstək mitinqi keçiriləcək
13 May 2019 11:44 SiyasətBelçikanın paytaxtı Brüsseldə Azərbaycana dəstək mitinqi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan-Belçika Dostluq Cəmiyyətindən daxil olub. Bildirilib ki, mitinqin keçirilməsində əsas məqsəd bir sıra Avropa ölkələri, ümumilikdə dünya dövlətləri tərəfindən Azərbaycana qarşı həyata keçirilən ikili standartlara etiraz etməkdir. Həmçinin aksiya bu günlərdə Brüsseldə, Avropa İttifaqında baş tutacaq Azərbaycanla bağlı müzakirələrə dəstək xarakteri daşıyacaq.
Aksiya mayın 13-də Brüsselin Şuman meydanında baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31